son dəqiqə SON DƏQİQƏ

Silva: "Belə rəqib üzərində qələbə qazandığımız üçün sevinirik" - AÇIQLAMA

Bölmə adı Premyer Liqa
Yayımlandı 6-10-2025, 14:12

Misli Premyer Liqasının VII turunda "Turan Tovuz" səfərdə "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub etdi.

Oyundan sonra qərb təmsilçisinin müdafiəçisi Xorze Silva görüş haqda fikirlərini Sport1.az-a açıqladı:

"Çətin oyun keçdi. Güclü rəqibimiz var idi. Vacib olan 3 xal idi, onu da qazandıq. Bununla xoşbəxtik".

29 yaşlı futbolçu matçdan öncə də favorit olduqlarını düşündüyünü söylədi:

"Bu qələbəni gözləyirdik. Hər bir oyuna qazanmaq üçün çıxırıq. Güclü rəqibimiz üzərində belə oyun göstərdiyimiz üçün sevinirik".

Portuqaliyalı oyunçu bu mövsüm komanda hədəfini belə izah etdi:

"Hər oyun qələbəni hədəfləyirik. Mövsümün sonunda nəticəmiz ilə hara gəldiyimizi görəcəyik".

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR