son dəqiqə SON DƏQİQƏ

“Sabah” və “Şamaxı” səfərdən 3 xalla qayıdır

Bölmə adı Premyer Liqa
Yayımlandı 5-10-2025, 19:37

Bu gün Misli Premyer Liqasında 7-ci tura yekun vurulub.

Sport1.az xəbər verir ki, turun son oyun günündə iki matç keçirilib.

“Sabah” Şamaxıda “Karvan-Yevlax”ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

Turun son matçında isə “Qəbələ” doğma divarlar arasında “Şamaxı” ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, bu oyunlardan sonra Misli Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar fasilə yaranacaq. 8-ci tur oktyabrın 17-də start götürəcək.

5 oktyabr

15:00. “Karvan-Yevlax” - “Sabah” - 0:2

Qollar: Coy-Lens Mikels, 31-pen. Kahim Parris, 37

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, İslam Məmmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Şamaxı şəhər stadionu

17:30. “Qəbələ” - “Şamaxı” - 0:1

Qol: Rikardo Apolinariyo, 7-pen
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Qəbələ şəhər stadionu

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR