son dəqiqə SON DƏQİQƏ

Kurçi: "Hakim qələbəmizi oğurladı" - AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 4-10-2025, 00:20

Misli Premyer Liqasının VII turunda "Zirə" "Neftçi ilə 2:2 hesablı heç-heçəyə razılaşdı.

Qarşılaşmadan sonra "ağ-qaralar"ın futbolçusu Alessio Kurçi oyun haqda fikirlərini Sport1.az-a açıqladı:

"Deyəcək sözüm yoxdur. Hakim qələbəmizi oğurladı".

Hücumçu nəticədən narazı olduğunu vurğuladı:

"Qazanmalı idik. Bunu hər kəs bilir. Heç kim şübhə etməməlidir".

23 yaşlı oyunçu VAR qərarı haqda bunları səsləndirdi:

"Monitora baxanda şəkillər gördüm. Video yox. Videogörüntünü geyinmə otağında gördüm. Penaltidən söhbət belə gedə bilməzdi. Əgər orda qayda pozuntusu var idisə, mən bir daha futbol oynamayacağam".

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR