"Bizdə əvəzolunmaz futbolçu yoxdur" - Azər Həşimov

Bölmə adı Premyer Liqa
Yayımlandı 27-09-2025, 21:36

"Karvan"ın baş məşqçisi Azər Həşimov Misli Premyer Liqasının 6-cı turunda "Neftçi" ilə 0:0 hesablı heç-heçə etdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Sport1.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

"Neftçi"nin gücü hamıya bəllidir. "Sumqayıt"la oyunlarını təhlil etmişdik. Fərdi keyfiyyəti yüksək oyunçuları var. Bacardığımız qədər onların qarşısını almağa çalışdıq. Müdafiədən oynayıb, əks-hücumlar qurmağı planlaşdırmışdıq. Futbolçularımız əzmkar mübarizə apardı. Ən azından 1 xal qazanmaq istəyirdik. Bunu da etdik. Futbolçularımı təbrik edirəm. "Neftçi"yə uğurlar arzulayıram".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR