"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 6-cı turunda bu gün Qubada “İmişli”yə qarşı keçirilən oyunu (1:1) şərh edib.Sport1.az xəbər verir ki, oyunda sonra keçirilən mətbuat konfransında 43 yaşlı mütəxəssis bunları dedi:
“Bu şəraitdə göstərdikləri əzmkarlıq və peşəkarlığa görə futbolçularıma təşəkkür edirəm. Oyun bizim üçün çox yaxşı başladı. Üst-üstə yaxşı hücumlar qurduq. Sonra standart vəziyyətdən qol buraxdıq. Ondan sonra oyunumuz bir az pozuldu. Amma ikinci hissədə tamamilə istədiyimiz futbol gedirdi. Çoxsaylı hücumlar edirdik, rəqibin müdafiəsini yarmağa çalışırdıq. Sonda standart vəziyyətdən alındı. Mümkün futbol şəraitini nəzərə alsaq, bugünkü nəticəni pozitiv hesab etmək olar”.