“Neftçi” yeni hücumçu axtarışlarını davam etdirir. Sport1.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisinin hədəfində olan əsas futbolçulardan biri Kamerun millisinin üzvü Abubakardır.
Məlumata görə, Bakı klubu 31 yaşlı forvarda illik təxminən 500 min avro məbləğində müqavilə təklif edib. Təcrübəli oyunçunun gələcək karyerası ilə bağlı yekun qərarı isə hələ məlum deyil.
NİHAT KƏRİMLİ