son dəqiqə SON DƏQİQƏ
Çempionlar Liqası: "Turan" qrup mərhələsinin bir addımlığındadır ● FİBA Çempionlar Liqası: "Sabah" "Trabzonspor"a qarşı ● "Komandada hərşey qaydasındadır" ● "Sona qədər mübarizə apardıq" ● "Mərkəzdən vurduğum qol heçvaxt yadımdan çıxmayacaq" ● "Yorulmuşam, yığmadan getməyin vaxtıdır" ● "Neftçi"nin ulduzuna Kiprdən təklif var? ● Emin Mahmudov "Neftçi"dən də gedir? ● "Neftçi" qapıçı axtarır? ● Litvalıdan Yevlaxdakı müsbət nəticələrlə bağlı səmimi ● Azərbaycan klublarının avrokubokda növbəti matçlarının ● "Şamaxı" "Sabah"ı büdrədərək "Neftçi"ni sevindirdi ● "Hypers" "Kür-Araz"ı qəbul edir, "Qaradağ Lökbatan" "Ağdaş"a qarşı ● Lənkəranın klubsuz qalmağı Azərbaycan futboluna zərbə vurur ● Güclü yağış bölgədə vacib oyunun keçirilməsinə mane oldu ● "Şamaxı"dan tarixi yubiley ● Əliyar Ağayev əziyyət çəkdi, Kamal Umudlu "istirahət etdi" ● Super Liqa: Kişilərin və qadınların yarışında növbəti matçların tarixi ● "Şirvan" - "Marafon": ● "Lənkəran"ın maliyyə, I Liqa klubu "Mingəçevir"in lisenziya problemi ● Karateçilərimiz 7 medal qazandılar ● Yeniyetmələrin IV Yay Olimpiya Oyunları: Güləşçilərimiz 1-ci oldular ● "Ağstafa Gəncləri"ndən çətin qələbə ● Millimiz Latviya seçməsinə uduzub ● "Şamaxı" "Sabah"dan belə xal aldı ● "Nəticə bizim üçün qəbuledilməzdir" ● "Çempionat və Çempionlar Liqasındakı oyunlara eyni anda köklənmək çətindir." ● "İtirilən xallar haqda düşünmək istəmirəm" ●

“Benfika” “Qarabağ”a uduzanda…” - Mourinyodan açıqlama

Bölmə adı Portuqaliya
Yayımlandı 23-09-2025, 21:16

Joze Mourinyo "A Bola" nəşrinə müsahibə verib.

Sport1.az xəbər verir ki, mütəxəssis "Benfika"ya baş məşqçi təyin olunmasından danışıb:

“Dörd-altı il əvvəl mənimlə "Benfika" əlaqə saxlamışdı, amma onda işim vardı deyə heç nə alınmadı. Bu yay isə ümumiyyətlə, klubla heç bir təmasım olmamışdı. Heç kimlə. “Fənərbağça” ilə müqaviləm var idi və onu sona qədər yerinə yetirmək fikrindəydim. Portuqaliyaya klub məşqçisi kimi qayıtmaq barədə heç düşünmürdüm. Həmişə hesab edirdim ki, Roberto Martínez 2026-cı il Dünya Çempionatını qazana bilər, sonra da şərəflə ayrılmaq istəyəcək və həmin vaxt mən gələcəyəm”.

Mourinyo bu təyinatının “Benfika”nın Çempionlar Liqasında “Qarabağ”a məğlubiyyətdən (2:3) sonra baş tutmasına da toxunub:

“Benfika”a "Qarabağ’a oyunu uduzduğu gün mən xanımımla birlikdə Barselonada idim. Ertəsi gün birbaşa prezidentin özü zəng edərək dedi: “Cənab, danışa bilərikmi? Mən “Benfika”da işləyə biləcək bir baş məşqçi görmək istərdim”. Cavab verdim ki, günün sonunda Portuqaliyaya gələcəyəm və danışarıq. Bütün hekayə bundan ibarətdir”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR