SON DƏQİQƏ
Misli Premyer Liqasının 11-ci turunda "Neftçi" "Kəpəz"i məğlub edib.
Sport1.az xəbər verir ki, matç "ağ-qaralar"ın 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyundan sonra klubun baş icraçı direktoru Cenk Sümer jurnalistlərin suallarını cavablandırıb. Kapitan Emin Mahmudovun millidən getməsindən sonra klubdakı gələcəyinə toxunub. O bildirib ki, hazırda bu məsələ müzakirə mövzusu deyil. Sümerin sözlərinə görə, təcrübəli oyunçunun müqaviləsi daha bir il qüvvədədir.
Direktor Mahmudovun qiymətli futbolçu olduğunu və onun yığmadan ayrılmasına təəssüfləndiklərini vurğulayıb.
Qeyd edək ki, yarımmüdafiəçi paytaxt təmsilçisinin kapitanıdır.