son dəqiqə SON DƏQİQƏ
Çempionlar Liqası: "Turan" qrup mərhələsinin bir addımlığındadır ● FİBA Çempionlar Liqası: "Sabah" "Trabzonspor"a qarşı ● "Komandada hərşey qaydasındadır" ● "Sona qədər mübarizə apardıq" ● "Mərkəzdən vurduğum qol heçvaxt yadımdan çıxmayacaq" ● "Yorulmuşam, yığmadan getməyin vaxtıdır" ● "Neftçi"nin ulduzuna Kiprdən təklif var? ● Emin Mahmudov "Neftçi"dən də gedir? ● "Neftçi" qapıçı axtarır? ● Litvalıdan Yevlaxdakı müsbət nəticələrlə bağlı səmimi ● Azərbaycan klublarının avrokubokda növbəti matçlarının ● "Şamaxı" "Sabah"ı büdrədərək "Neftçi"ni sevindirdi ● "Hypers" "Kür-Araz"ı qəbul edir, "Qaradağ Lökbatan" "Ağdaş"a qarşı ● Lənkəranın klubsuz qalmağı Azərbaycan futboluna zərbə vurur ● Güclü yağış bölgədə vacib oyunun keçirilməsinə mane oldu ● "Şamaxı"dan tarixi yubiley ● Əliyar Ağayev əziyyət çəkdi, Kamal Umudlu "istirahət etdi" ● Super Liqa: Kişilərin və qadınların yarışında növbəti matçların tarixi ● "Şirvan" - "Marafon": ● "Lənkəran"ın maliyyə, I Liqa klubu "Mingəçevir"in lisenziya problemi ● Karateçilərimiz 7 medal qazandılar ● Yeniyetmələrin IV Yay Olimpiya Oyunları: Güləşçilərimiz 1-ci oldular ● "Ağstafa Gəncləri"ndən çətin qələbə ● Millimiz Latviya seçməsinə uduzub ● "Şamaxı" "Sabah"dan belə xal aldı ● "Nəticə bizim üçün qəbuledilməzdir" ● "Çempionat və Çempionlar Liqasındakı oyunlara eyni anda köklənmək çətindir." ● "İtirilən xallar haqda düşünmək istəmirəm" ●

"Nəticə bizim üçün qəbuledilməzdir"

Bölmə adı Sabah
Yayımlandı 8-11-2026, 20:17

"Sabah" Misli Premyer Liqasının 11-ci turunda "Şamaxı" ilə heç-heçə edib - 2:2.

Sport1.az xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib:

- Nəticə sizin üçün nə dərəcədə gözlənilməz oldu?

- Azərbaycan xalqını Zəfər Bayramı münasibətilə təbrik edirəm. Hər oyuna qalib gəlmək üçün hazırlaşırıq. Bu gün oyun enişli-yoxuşli idi. Birinci hissənin 20-ci dəqiqəsinə qədər oyuna nəzarət etdik. Ondan sonra fərqli oldu. Biz oyuna tam nəzarəti ələ ala bilmədik. Rəqibə əks-hücumlar üçün imkan yaratdıq. Əlbəttə ki, azarkeşlər üçün 2:2 hesabı çox həyəcanlı, gözəl görünə bilər. Üçüncü qolu vurub qalib gələ bilərdik. Ancaq rəqib də qol vura bilərdi. Amma bu gün beşlikdə qərarlaşmışıqsa, nəticə bizim üçün qəbuledilməzdir.

- İkinci qolu vurduğunuz zaman hakimə etirazınız o qədər çox oldu ki, qolu bayram edə bilmədiz. Hakimlə nə danışırdınız?

- Üç gündən bundan qabaq Çempionlar Liqasında oynayırsan, orada bəlli qaydalar var ki, ona riayət edirlər. İstəyərdik ki, daxili oyunlarda da həmin qaydaların üzərində durulsun. Xüsusi bir şey olmadı. Nə danışdıqsa, orada həll olundu. Hakimlik barədə nəsə şikayət edə bilmərəm.

- Sıx qrafikdə oynayırsız. İndiki məqamda milli fasilə sizin xeyrinizə işləyə bilər?

- 3-4 günlük verəcəyimiz fasilə bizim üçün yaxşı ola bilər. Biz buralarda olmaq, Çempionlar Liqasında iştirak etmək istəyirdik. Bilirdik ki, asan olmayacaq, noyabr-dekabr daha çətin olacaq. Biz özümüz böyüməli, möhkəmlənməliyik ki, bu tip hallardan daha yaxşı çıxa bilək.

- Hava şəraiti nəticəyə nə dərəcədə təsir etdi?

- Bunun heç bir əhəmiyyəti yoxdur. Külək birinci hissədə bir komandaya qarşı idisə, ikinci hissədə digər komandaya qarşı oldu. Bütün futbolçular belə hallara uyğunlaşmalıdır. Bir müddət əvvəl süni örtüklü meydançada oynadıq, bu gün təbi örtüklü meydançada. Peşəkar olmaq lazımdır. Belə hallar heç cür təsir etmir.

- Adətən "Qarabağ" Çempionlar Liqası oyunlarından sonra daxili liqadakı növbəti matçında istər atmosfer, istər adaptasiya baxımından çətinlik çəkirdi, xallar itirirdi. Boş tribunalar, aşağı temp, süni örtük. Avropa oyunlarından daxili oyunlara keçidlə bağlı məsələdə hansısa problem yaşayırsız və ya təhlükə hiss edirsiz?

- "Qarabağ" 12 ildir avrokuboklarda çıxış edirdi. Ötən mövsüm ÇL-də oynadılar. Onların təcrübəsi daha çox idi, bilirdilər ki, bu işlərin öhdəsindən gəlmək lazımdır. Biz isə yeniyik. Önəmlisi odur ki, fərqli iki heyətlə çıxış edirik. Bir heyətlə çıxış etsək, futbolçular bir-birini yaxşı başa düşər. Demirəm digərləri aşağıdır. Çox rotasiya edəndə anlaşma kifayət qədər yaxşı olmur, ən yaxşı performansı göstərmək asan deyil. Oyunçular bir-birilərini bəzən başa düşmürlər. Ötən mövsüm bizə 3-4 ay lazım gəldi ki, yüksəlişə keçək. 15-20 oyun oynadıqdan sonra futbolçular bir-birini daha yaxşı başa düşürdülər. "Vikinq"lə matçdan sonra burada eyni ritmi yaxalamaq asan deyil. Xüsusi resepti də yoxdur. Aptek deyil ki, dərman qəbul edəsən və ağrı keçsin. Kifayət qədər vaxtımız yoxdur. Vaxt olanda da səyahətə gedirik və ya bərpa ilə məşğul oluruq. İki həftəlik fasiləmiz olacaq. Çalışacağıq ki, oyunçular arasında bağı inkişaf etdirək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR