SON DƏQİQƏ
Misli Premyer Liqasının 11-ci turunda "Sabah" "Şamaxı" ilə qarışılaşdı.
Sport1.az xəbər verir ki, görüş 2:2 hesabı ilə başa çatdı.
Matçdan sonra qonaqların baş məşqçisi Azər Bağırov mətbuat konfransında iştirak etdi. Mütəxəssis oyun barədə bunları söylədi:
“Zəfər Günümüz mübarək olsun. “Sabah”a qarşı oynadıq. ÇL-də yaxşı mübarizə aparan komandadır. Oyunçularım döyüşdü. 1 xal qazandıq. Daha çox ola bilərdi. “Sabah”a uğurlar arzu edirəm. İtirilən xallar haqda düşünmək istəmirəm. Uduzsaydıq da, bu sözləri deyəcəkdim. Çalışıram ki, bütün oyunçulara şans verim. Daha çox dəyişiklik hücum xəttində olub. Emin Rüstəmov 11 oyunda da 90 dəqiqə meydanda olub”.