SON DƏQİQƏ
"Şamaxı" ölkə çempionatında tarixi göstəriciyə imza atıb.
Sport1.az xəbər verir ki, bölgə təmsilçisi yüksək dəstədə 200-cü heç-heçəsini rəsmiləşdirib. Bu yubiley Misli Premyer Liqasının on birinci turunda "Sabah"la 2-2 hesablı bərabərliklə yekunlaşan səfər matçına təsadüf edib. Komanda 737-ci görüşündə həmin rəqəmə çatıb.
Ümumi nəticələrdən 93-ü evdə, 107-si isə rəqib meydanında qeydə alınıb. Şamaxılılar "Neftçi" və "Qarabağ"dan sonra oxşar həddə çatan üçüncü klubdur.
Qeyd edək ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında çıxış edən kollektiv ilk sülhünü 1999-cu il dekabrın 5-də “Turan”a qarşı keçirilən qolsuz ev oyununda əldə edib.