Hər şey Bikalyoya yuxu kimi gəlir - MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 23-09-2025, 12:08

Misli Premyer Liqasının V turunda "Qarabağ" "Araz-Naxçıvan"ın qonağı oldu.

"Liv Bon Dea Arena"da baş tutan qarşılaşmada ağdamlılar rəqibini 5 cavabsız qolla məğlub edib.

Matçdan sonra "köhlən atlar"ın yarımmüdafiəçisi Pedro Bikalyo Sport1.az-a müsahibə verdi...

- Böyükhesablı qələbə qazandınız...
- Qələbənin memarını özümüzük. Rəqibin buraxdığı səhvlərdən yetərincə yararlandıq. Layiqli qələbə qazandıq.

- “Benfika”ya qarşı oyunda matçın ən yaxşısı seçildin. Hisslərini bilmək maraqlıdır...
- Təbii ki, sevinirəm, xoşbəxtəm. Bu, təkcə mənim yox, komanda yoldaşlarımın əməyinin nəticəsidir.

- "Benfika" ilə görüşdə sərgilədiyin oyunu karyeranın ən yaxşı fərdi performansı adlandırardın?
- Əlbəttə! Şübhəsiz elədir.

- “Qarabağ”a gələndən sonra təsəvvür edə bilərdin ki, bir neçə ay sonra qitənin ən böyük nüfuzlu turnirində simvolik komandanın parçası olacaqsan?
- Bununla bağlı dostlarımla, ailə üzvlərimlə də zarafat edirdim. Bu həqiqətən yuxu kimidir. İnana bilmirəm.

- “Benfika” üzərində qələbə qazandınız. İndi azarkeşlərin sizdən gözləntiləri böyükdür. Onlar "Kopenhagen"i də məğlub etməyinizi istəyəcəklər. Bu gözləntini doğrultmaq olacaq?
- "Benfika" ilə oyun geridə qaldı. Növbəti matç da ayaqlarımız yerdə olmalıdır. Göylərdə uçmamalıyıq. Baş məşqçinin tapşırıqlarına layiqincə əməl etsək, istəyimizə çata bilərik.

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR