Enrike Silva: "Onları qarşı oynamaq çətindir" AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 21-09-2025, 18:21

Misli Premyer Liqasında V turunda “Sabah” doğma meydanda “Turan Tovuz”u məğlub etdi - 2:0

Qarşılaşmadan sonra qonaqların müdafiəçisi Enrike Silva görüş haqda fikirlərini Sport1.az-a açıqladı:

“Sabah”ın güclü komanda olduğunu bilirik. Onlara qarşı oynamaq çətindir. Bu məğlubiyyətimizdən nəticə çıxarıb növbəti qarşılaşmalara yaxşı hazırlaşmalıyıq".

Braziliyalı futbolçu qərb təmsilçisinin qeydə alınmayan qolu haqda da fikirlərini səsləndirdi:

“Açığı epizodu tam görə bilmədim. Lakin azarkeşlər oyundan kənar vəziyyətin olmadığını bildirirlər. Məncə, bunu yaddan çıxarmalıyıq. Sonrakı oyunlara fokuslanmalıyıq".

MİKAYIL HACIYEV

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR