"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 5-ci turunda "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. Sport1.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
“Qələbə münasibətilə bütün "Sabah" ailəsini, azarkeşləri təbrik edirəm. Bu qalibiyyəti əldə etmək üçün çox çalışdıq. Bu qələbəni "Turan Tovuz" kimi komandalara qarşı qazanmaq bizim üçün daha dəyərlidir. Rəqib müdafiə cəhətdən çox yaxşı təşkil olunmuş komandadır. Ona görə də bizim qələbəmiz daha anlamlı olur. Onlar bizim qapımızda təhlükəli vəziyyət yarada bilmədilər. Bu amil bizim üçün sevindiricidir. 2-ci hissədə təzyiqimizi daha da artırdıq və nəticəsində 2 qol vuraraq qələbəni əldə etdik. Qələbə qazanmağımıza baxmayaraq daha çox inkişaf etməliyik. Bəzi nöqtələrdə çatışmazlıqlarımız var. Mövqe hücumlarında daha da artırmalıyıq”.