son dəqiqə SON DƏQİQƏ
"Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" "Zirə"yə uduzub Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…”

Vacib oyunçu "Qarabağ"dan ayrılır? - ŞOK İDDİA

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 20-09-2025, 16:45

“Qarabağ” klubunun Çempionlar Liqasındakı möhtəşəm qələbəsi – Portuqaliyada “Benfika” üzərində 3:2 hesablı dönüş – təkcə Azərbaycanda deyil, beynəlxalq futbol ictimaiyyətində də geniş rezonans doğurub.

Sport1.az xəbər verir ki, bu uğur Monteneqro mətbuatında da əks-səda doğurub. Xüsusilə də həmin oyunda parlaq çıxışı ilə seçilən yarımmüdafiəçi Marko Yankoviç yerli jurnalistlərin diqqət mərkəzində olub.

Monteneqro mediası Yankoviçin meydana nəzarəti, komandanın ritmini qurması və liderlik xüsusiyyətlərini ön plana çəkərək, onun milli komandada da eyni təsiri göstərə biləcəyini yazır.

Həmin qarşılaşmanın ikinci hissəsində zədələnərək oyunu tərk etməsinə baxmayaraq, 30 yaşlı futbolçunun performansı yerli futbol ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Monteneqro jurnalistləri hesab edir ki, Yankoviçin “Qarabağ”dakı bu səviyyədə çıxışları onu yaxın zamanda Avropanın daha iddialı və reytinqli klublarına apara bilər:

“Yankoviç meydanda əsl dirijor kimi hərəkət edir, komanda yoldaşlarını düzgün istiqamətə yönləndirir. Belə futbolçulara yığmada böyük ehtiyac var. Onun lider xarakteri və oyun intellekti böyük liqalarda da öz sözünü deməyə imkan verir. Belə oynammağa davam edərsə, transferi sadəcə zaman məsələsidir”.

Qeyd edək ki, Marko Yankoviç 2022-ci ildən Ağdam klubunun formasını geyinir və komandada əsas oyun qurucularından biri sayılır.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR