“Nyukasl”ın futbolçusu Entoni Qordon Çempionlar Liqasında “Barselona”ya uduzduqları görüşü şərh edib.
Sport1.az xəbər verir ki, 1:2 hesabıyla bitən matçda komandasının yeganə qolunu vuran hücumçu bunları deyib:
“Barselona”ya qarşı oynadığımız futbolla qürur duya bilərik. Dünyanın ən güclü komandası ilə oynadıq. Düşünürəm ki, komandalar arasındakı səviyyə fərqi böyük idi. Yaxşı epizodlarımız olsa da, dəyərləndirə bilmədik”.