İslandiya millisinə qarşı 0:5 hesablı məğlubiyyətdən sonra baş məşqçisi Fernandu Santuş istefaya göndərildi.Yığmamızı Ukrayna ilə görüşə Ayxan Abbasov çıxartdı. Komandamız onun rəhbərliyində uğurlu nəticə əldə etdi. Yığmamızın növbəti oyununa 20 günə yaxın vaxt qalıb. İcraiyyə Komitəsi yeni baş məşqçini nə zaman açıqlayacaq?
Sualımızı AFFA-nın mətbuat katibi Murad Axundova ünvanladıq. Federasiya rəsmisi mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Bəli, yaxın vaxtlarda İcraiyyə Komitəsinin iclası gözlənilir. Hələ ki, dəqiq tarix deyə bilmərəm. Məsələ hazırda gündəmimizdədir”. MİKAYIL HACIYEV