son dəqiqə SON DƏQİQƏ
Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" "Zirə"yə uduzub Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da

"Çətinliyin nə olduğunu bilirik" - Kadi

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 15-09-2025, 23:11

“Baş məşqçimiz dediyi kimi, bizim oyuna hazırlaşmağa vaxtımız az oldu. Amma istənilən halda bu oyuna hazırıq. Çünki hamımızın arzusu idi ki, belə yarışda iştirak edək. Nəhayət istəyimizə çatmışıq. Məsuliyyətli olmalıyıq. Ümid edirəm ki, ən yaxşı oyunlarımızdan birini göstərəcəyik".

Sport1.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Kadi Borges UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda sabah Portuqaliyada "Benfika" ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

- Sizin heyətinizdə Portuqaliya futboluna bələdə olan kifayət qədər futbolçu var. Bunun sizə köməyi dəyəcəkmi?

- Portuqaliya olsa, bir çox futbolçu elitada oynamayıb. Amma biz hər iki avrokuboklarda iştirak edirik, güclü komandalara qarşı oynayırıq. Çətinliyin nə olduğunu bilirik. Ona görə də inanmıram ki, qeyd etdiyiniz amilin hansısa təsiri olsun.

- Uzun illərdir ki, baş məşqçiniz komandada çalışır. Necə düşünürsünüz, sabah güclü rəqibə qarşı oyun fəlsəfəsində dəyişiklik edəcəkmi?

- Bəli, artıq baş məşqçimiz 17 ildir ki, bu komandanı çalışdırır. Bu müddət ərzində bəlkə də, 1-2 dəfə oyun üslubunu dəyişib. Amma bizə həmişə oyun fəlsəfəmizə sadiq qalmışıq. Düşünürəm ki, bu, biz oyunçular üçün çox önəmlidir.

- Kadi, siz Çempionlar Liqasının əsas mərhələsində ilk dəfə oynayacaqsınız. Sabahkı görüşü karyeranızın ən önəmli matçı hesab etmək olarmı?

- Həmişə demişəm ki, mənim üçün ən önəmli matç növbəti oyundur. Təbii ki, bu yarışın böyüklüyünü nəzərə alsaq, siz deyən kimi düşünmək olar. “Benfika” çox böyük klubdur və heyətində dünya səviyyəli futbolçular var. Buna baxmayaraq, onların oyununu yaxşı analiz etmişik.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR