SON DƏQİQƏ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Sport1.az xəbər verir ki, yığma baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında ikinci yoxlama matçına çıxacaq.
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan U-21 Şimali Makedoniya ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
U-21-lər arasında yoldaşlıq oyunu
25 mart
21:00. Azərbaycan – Şimali Makedoniya
Qeyd edək ki, yığma üç gün əvvəl Moldovanı iki cavabsız qolla üstələyib.