"Mingəçevir" heyətini yeni futbolçu ilə gücləndirib.
Sport1.az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı yarımmüdafiəçi Qurban Səfərov komandaya transfer olunub. Gənc futbolçu son olaraq "Qarabağ-2"də çıxış edib. O, həmçinin Premyer Liqa təcrübəsinə də malik olan orta sahə oyunçusu daha əvvəl "Şamaxı"nın formasını geyinib.
Qeyd edək ki, "Mingəçevir" I Liqada mübarizə aparacaq. Bölgə təmsilçisinin ilk turda rəqibi ötən il Premyer Liqada çıxış etmiş "Səbail"dir.