“Fulhem”dən ayrılan Villianın yeni ünvanı məlum olub.
Sport1.az xəbər verir ki, yarımmüdafiəçi “Qremio” ilə anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 37 yaşlı futbolçu bu gün klubla müqavilə imzalayacaq.
Villian daha əvvəl “Arsenal”, “Çelsi”, “Olimpiakos”, “Fulhem” kimi klublarda çıxış edib.