Mehdi Taremi "Olimpiakos"da

Bölmə adı Digər Liqalar
Yayımlandı 31-08-2025, 18:20

“İnter”in hücumçusu Mehdi Taremi karyerasını Yunanıstanda davam etdirəcək.

Sport1.az xəbər verir ki, 33 yaşlı futbolçu “Olimpiakos”un formasını geyinəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Olimpiakos" iranlı futbolçu üçün Milan klubuna 2,5 milyon avro ödəyəcək.

Qeyd edək ki, ötən mövsümü “İnter”də keçirən Taremi İtaliya klubunda ümumilikdə 43 matçda 3 qol vurub.

Müəllif: Sport1.az