“Yuventus”dan “Qremio”ya

Bölmə adı İtaliya
Yayımlandı 27-08-2025, 12:52

“Yuventus” futbolçusu Artur Melonu icarəyə verib.

Sport1.az xəbər verir ki, yarımmüdafiəçi “Qremio”ya keçib. Bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Artur mövsümün sonuna kimi Braziliya klubunda çıxış edəcək.

2020-ci ildən “Yuventus”da forma geyinən yarımmüdafiəçi ötən mövsümün ikinci dövrəsini İspaniyanın “Jirona” klubunda icarədə keçirib.

Müəllif: Sport1.az