“Qalatasaray”dan ayrılan futbolçu 3-cü liqa klubunda

Bölmə adı Türkiyə
Yayımlandı 24-08-2025, 12:23

“Qalatasaray”dan ayrılan Matias Rossun yeni ünvanı məlum olub.

Sport1.az xəbər verir ki, müdafiəçi İngiltərənin 3-cü liqa təmsilçisi “Plimut”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Danimarkalı oyunçu ilə 3 illik müqavilə imzalanıb.

24 yaşlı oyunçu 2023-cü ildə “Olborq”dan “Qalatasaray”a keçib. O, daha sonra “Neymegen”, “Sparta” klublarında icarədə çıxış edib.

Müəllif: Sport1.az