son dəqiqə SON DƏQİQƏ
MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" "Zirə"yə uduzub Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə

"Çempionlar Liqasının xəyalını belə qurmamışdım" - "Kayrat"ın baş məşqçisi

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 27-08-2025, 11:51

"Kayrat"ın baş məşqçisi Rafael Urazbaxtin Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməkləri haqda danışıb.

Sport1.az xəbər verir ki, komanda ötən gecə pley-offun cavab oyunları çərçivəsində Şotlandiya "Seltik"i ilə heç-heçə edib - 0:0. Bu komandalar arasında ilk görüş də bərabərliklə başa çatdığı üçün (0:0) penaltilər seriyası oynanılıb. Burada 3:2 hesabı ilə üstün olan Almatı klubu tarixində ilk dəfə əsas mərhələyə yüksəlib.

Mütəxəssis isə komandasının bu uğuru haqda deyib: “Bizim qarşımıza çempionatda qalib gəlmək, kuboku qazanmaq və avrokuboklarda irəliləmək məqsədi qoyulmuşdu. Artıq birini reallaşdırdıq. Əslində, Çempionlar Liqasının liqa mərhələsini gözləmirdik, ən pis halda Konfrans Liqasında oynamağı düşünürdük. Amma indi özüm də inana bilmirəm. Biz Çempionlar Liqasındayıq! Mən belə bir şeyin xəyalını belə qurmamışdım”.

O, Liqa mərhələsindıə hansı rəqiblərlə qarşılaşmaq istədiklərinə dair sualı da cavablandırıb: "Düzünü desəm, bu barədə düşünməmişəm. Matçdan əvvəl biz futbolçularla artıq orada olan komandaların siyahısını göstərdik. Nəhənglər. Hətta şəkilləri çap edib paltardəyişmə otağına asdım ki, səviyyəni görsünlər. Mən məşhur rəqiblərlə oynamaq istəyirəm. Bəlkə də bu, həyatda bir dəfə olan şansdır. Azarkeşlərimiz qarşısında oynamaq üçün Qlazqodakı kimi stadionumuzun olmaması təəssüf doğurur".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR