son dəqiqə SON DƏQİQƏ
MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" "Zirə"yə uduzub Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə

"Zirə" Rəşad Sadıqovla 200-cü oyununa çıxdı

Bölmə adı Premyer Liqa
Yayımlandı 26-08-2025, 12:32

“Zirə” Rəşad Sadıqovun baş məşqçiliyi dövründə 200-cü oyununu keçirib.

Sport1.az PFL-in saytına istinadən xəbər verir ki, bu yubiley Misli Premyer Liqasının 2-ci turuna təsadüf edib. Bakı klubu “Qəbələ” ilə səfər oyununda 2:1 hesablı qələbə qazanıb.

2020-ci ilin yayından “Zirə”ni çalışdıran Sadıqovun baş məşqçiliyi dövründə qəsəbə klubu Premyer Liqada 166, Azərbaycan kubokunda 22, avrokuboklarda 12 matç keçirib. 43 yaşlı mütəxəssisin komandası bu qarşılaşmalarda 91 qələbə qazanıb, 57 heç-heçə edib və 52 dəfə meydandan xalsız ayrılıb. Onun komandası 251 qol vurub, 188-ni buraxıb.

Qeyd edək ki, Sadıqovun “Zirə”nin baş məşqçisi vəzifəsində debütü 2020-ci il avqustun 23-də gerçəkləşib. 200-cü matçda olduğu kimi 5 il əvvəl də paytaxt təmsilçisi Premyer Liqa görüşündə Qəbələdə eyniadlı komanda ilə üz-üzə gəlib. Həmin vaxt heç-heçə qeydə alınıb – 1:1.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR