son dəqiqə SON DƏQİQƏ
MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" "Zirə"yə uduzub Azər Məmmədov: “Vacib qələbə qazandıq” Mahir fərqləndi, komandası məğlub oldu Kurban Berdıyev: “Məni ən çox narahat edən…” Stolüstü tennisçimiz Fransada qızıl medal qazanıb “Fənərbağça”dan “Ayaks”a Portuqaliya millisinin üzvü “Qalatasaray”da Krakovda 7 medal Stolüstü tennisçimiz finalda Misli Premyer Liqasının 5-ci və 6-cı turlarının təqvimi açıqlanıb Kamerunlu hücumçu "Gəncəbasar"da Bölgə klubunda iki ayrılıq Premyer Liqa təmsilçisində oynamış futbolçu bu klubda forma geyinəcək "Sabah"ın sabiq futbolçusu I Liqa təmsilçisi ilə müqavilə imzalayıb "Sabah" - "Zirə" matçının başlama saatı müəyyənləşib "Səbail"dən "Gəncəbasar"a UEFA tərəfindən Gəncə şəhər stadionu qiymətləndirilib "Sumqayıt"ın təşkil etdiyi Yay Futbol Düşərgəsində ilk mərhələ başa çatıb "Şəmkir"də 2 yeni müqavilə "Qarabağ" yeni transferlər üçün nə qədər pul ödəyib? Kanadalı futbolçu "Xankəndi"də Bölgə klubunda yeni sözləşmə

Son 18 mövsümdə ilk dəfə

Bölmə adı Premyer Liqa
Yayımlandı 26-08-2025, 12:14

Misli Premyer Liqasının 2-ci turu qonaqların üstünlüyü ilə keçib.

Sport1.az xəbər verir ki, altı oyundan beşində qonaqlar qələbə qazanıblar. “Araz-Naxçıvan” “Turan Tovuz”a, “Sabah” “Şamaxı”ya, “Zirə” “Qəbələ”yə eyni – 2:1, “Karvan” “Kəpəz”ə 3:2, “Sumqayıt” “Qarabağ”a 1:0 hesabı ilə qalib gəlib. Yalnız “İmişli”nin qonağı olan “Neftçi” səfərdə xal itirib.

Meydan sahiblərinin eyni turun 5 matçında uduzması son 18 mövsümdə ilk dəfə qeydə alınıb. Son belə hal çempionatın PFL bayrağı altında keçirilməyə başlamasından da əvvəl - 2007/08 mövsümündə yaşanıb.

2007-ci il dekabrın 1-2-də keçirilən 13-cü turun 7 oyununda qonaqlar 5 qələbə əldə ediblər. Həmin vaxt “Neftçi” “ABN-Bərdə”ni, “Bakı” “Turan”ı eyni – 2:0, “Standard” “Gənclərbirliyi”ni 5:1, “Masallı” “Karvan”ı, “Olimpik” “Qarabağ”ı eyni – 1:0 hesabı ilə məğlub edib. “Qəbələ” – “İnter” və “Xəzər Lənkəran” – “Simurq” görüşlərində isə meydan sahibləri üç xala seviniblər – hər ikisi 2:1.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR