Azərbaycan Premyer Liqasının debütantı "Karvan-Yevlax" klubu yaxın günlərdə İntizam Komitəsinin iclasında cərimələnəcək.
Sport1.az-ın məlumatına görə, buna səbəb komandanın "Kəpəz"lə matçda nigeriyalı legioner Olavale Doyeninin formasında adının Azərbaycan əlifbasına uyğun olmayan şəkildə – "W" hərfi ilə yazılmasıdır. Qaydalara əsasən, Premyer Liqa klubları futbolçuların adlarını yalnız Azərbaycan əlifbası ilə yazmalıdır.
Mərkəz müdafiəçisi olan Doyeni 2-ci turda "Kəpəz"ə qarşı matçda 90 dəqiqə meydanda olub. Həmin qarşılaşmada "Karvan-Yevlax" 3:2 hesablı Gəncə təmsilçisindən üstün olub.
NİHAT KƏRİMLİ