“Tottenhem” baş məşqçisi Ange Postekoqlu ilə vidalaşmaq istəyir.Sport1.az xəbər verir ki, bu barədə “Telegraph” nəşri məlumat yayıb.
Buna klubun Premyer Liqada uğursuz çıxış etməsi səbəb olub.
Rəhbərlik artıq yeni namizədləri də müəyyənləşdirib. Bunlar – “Fulhem”dən Marko Silva və “Bornmut”dan Andoni İraoladı. İngiltərə təmsilçisi mövsümün sonunda Avropa Liqasında çempion olmasa, rəhbərlik baş məşqçi ilə yollarını ayıracaq.
Qeyd edək ki, “Tottenhem” 29 turdan sonra Premyer Liqada 34 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.