son dəqiqə SON DƏQİQƏ
Zaur Həşimov: “Komandamın oyunundan narazı qalmadım Millimizin üzvü oynadı, komandası qələbə qazandı MPL: Qəbələdə qolsuz sülh, “Şəfa” “İmişli”yə məğlub oldu Kaxaber Tsxadadze: “Çempionatda oyunların tempi artıb” Azər Bağırov: “Səhvlərimiz var” Super Liqada klubunu dəyişdi “Barselona”dan “Venesiya”ya AFFA-da 3 mühüm posta təyinat olub Coşqun Əliyev Deflimpiya çempionunu məğlub edərək “Masters Top 18”in qalibi olub “Şəfa” - “İmişli”: Premyer Liqada oynayan milli üzvü I Liqada çıxış edəcək "Şahdağ Qusar" və "Unico" arasındakı tərəfdaşlığa dair "Şəfa" ev oyunlarını bu stadionda keçirəcək "Neftçi"nin daha bir yetirməsi II Liqa klubunda forma geyinəcək Milli komandamız İstanbula yollanıb "Neftçi"nin sabiq üzvü "Şirvan"da "Sabah"ın "Napoli" ilə oyununun günü dəyişdirilə bilər "Sabah"ın Bakıda "Barselona" ilə görüşü bu tarixdə baş tutacaq "Sabah"ın Çempionlar Liqasındakı bütün qarşılaşmalarının "Neftçi"nin sabiq hücumçusu yenə də Türkiyədə oynayacaq - Qərb derbisində izdiham olacaq Bu klub "Qarabağ"ın ulduzu üçün 800 min avro ödəməyə hazırdır "Qurnik"in formasını geyinmək şərəf idi" Bölgə təmsilçisi heyətinə legioner qapıçı cəlb etdi I Liqa klubunda ayrılıq "Neftçi"nin yetirməsi "Şəmkir"də "İmişli" ilə oyundan öncə Bakı təmsilçisindən azarkeşlərə Bölgə klubunda 3 yeni futbolçu

"Cavab matçı tamamilə fərqli oyun olacaq" - "Aris"in baş məşqçisi

Bölmə adı Konfrans Liqası
Yayımlandı 24-07-2025, 23:14

"Aris"in baş məşqçisi Marinos Ouzounidis bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk matçında "Araz-Naxçıvan"a 1:2 hesabı ilə məğlub olduqları oyunu şərh edib.

Sport1.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında deyib:

"Bizim üçün pis nəticədir. Qol vurduqdan sonra oyuna nəzarəti itirdik. Daha soyuqqanlı oynamalı idik. Üçüncü qolu da buraxa bilərdik. Bizim üçün qəbuledilməzdir. İkinci hissədə əziyyət çəkəcəyimizi bilirdik. Bu oyunu unudub, növbəti matça hazırlaşmalıyıq".

Mütəxəssis bildirib ki, "Araz-Naxçıvan" bütün komponentlərdə rəqibi üstələyib layiqli qələbə qazanıb.

Daha sonra o, cavab matçı haqda danışıb: "Tamamilə fərqli oyun olacaq. Görəcəksiniz. İkinci oyunda daha yaxşı olacaq. Bizim bir həftə vaxtımız var. Fiziki cəhətdən bəzi oyunçuların vəziyyəti yaxşı deyildi. Ona görə belə halları gözləyirdik. Təcrübəli oyunçularımız var. Onların yaxşı reaksiya verəcəyini gözləyirəm. Buraxılan qollarda səhvlərə imza atdıq".

M.Ouzounidis futbolçularının kobud davranışından danışıb: "Biz rəsmi oyun oynayırıq. Bu da normal haldır. İkinci oyunda soyuqqanlı olmalıyıq. İşləyəcəyimiz detallar var".

O, məğlubiyyətin səbəblərindən də söz açıb: "Məncə, böyük problem komandamızda idi. Rəqibin necə oynayacağını bilirdik. Daha böyük problem bizim komandada idi. Birinci oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Cavab görüşündə azarkeşlərimizlə birlikdə qələbə qazanaraq, növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR