son dəqiqə SON DƏQİQƏ
Zaur Həşimov: “Komandamın oyunundan narazı qalmadım Millimizin üzvü oynadı, komandası qələbə qazandı MPL: Qəbələdə qolsuz sülh, “Şəfa” “İmişli”yə məğlub oldu Kaxaber Tsxadadze: “Çempionatda oyunların tempi artıb” Azər Bağırov: “Səhvlərimiz var” Super Liqada klubunu dəyişdi “Barselona”dan “Venesiya”ya AFFA-da 3 mühüm posta təyinat olub Coşqun Əliyev Deflimpiya çempionunu məğlub edərək “Masters Top 18”in qalibi olub “Şəfa” - “İmişli”: Premyer Liqada oynayan milli üzvü I Liqada çıxış edəcək "Şahdağ Qusar" və "Unico" arasındakı tərəfdaşlığa dair "Şəfa" ev oyunlarını bu stadionda keçirəcək "Neftçi"nin daha bir yetirməsi II Liqa klubunda forma geyinəcək Milli komandamız İstanbula yollanıb "Neftçi"nin sabiq üzvü "Şirvan"da "Sabah"ın "Napoli" ilə oyununun günü dəyişdirilə bilər "Sabah"ın Bakıda "Barselona" ilə görüşü bu tarixdə baş tutacaq "Sabah"ın Çempionlar Liqasındakı bütün qarşılaşmalarının "Neftçi"nin sabiq hücumçusu yenə də Türkiyədə oynayacaq - Qərb derbisində izdiham olacaq Bu klub "Qarabağ"ın ulduzu üçün 800 min avro ödəməyə hazırdır "Qurnik"in formasını geyinmək şərəf idi" Bölgə təmsilçisi heyətinə legioner qapıçı cəlb etdi I Liqa klubunda ayrılıq "Neftçi"nin yetirməsi "Şəmkir"də "İmişli" ilə oyundan öncə Bakı təmsilçisindən azarkeşlərə Bölgə klubunda 3 yeni futbolçu

Qurban Qurbanov: "Daha diqqətli olmağa çalışacağıq"

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 24-07-2025, 01:20

"Qarabağ" komandası İrlandiya təmsilçisi "Şelburn" üzərindəki 3:0 hesablı qələbəni yaddan çıxararaq, Bakıdakı cavab matçına daha ciddi hazırlaşacaq.

Sport1.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a qarşı oyundan sonra keçirilən mətbuat konfransında deyib. O, mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Cütün taleyi həll olundu?

- Qətiyyən yox. Tam yanlış fikirdir. Bu rəqib məğlub olmağı xoşlamır. "Şelburn" meydanda nə etdiyini bilən komandadır. Ona görə də Bakıdakı matçda burdakından daha diqqətli olmalıyıq.

- Rəqibin təzyiqi zamanı oyun üslubunu dəyişməyi planlaşdırırsınız?

- Xeyr. Rəqib təzyiq göstərirsə, oynamaq asan olmur. Səfərdə oynayırıq və belə termin yoxdur ki, rəqib təzyiq göstərəndə qeyri-adi nəsə edək. Əksinə, rəqibə uyğun oyunumuzu qururuq. Sadəcə ilk oyunumuzdur. İnanıram ki, qarşıdakı matçlarda daha yaxşı olacağıq. Bəlkə də rəqib bizə uyğun olmayan sürətlə, üslubda oynayırdı. Biz meydançada yerləşənə kimi 1-2 ötürmə ilə hücuma çıxa bilirdilər. Müdafiəçilərimiz bərk durdular, rəqibin hücumçularına imkan vermədilər. Bu oyunda həddindən artıq riskə getməli deyildik.

- Daha əvvəl İrlandiyada “Dandalk”la qarşılaşmışdınız. Keçmişdəki oyundan hansısa dərs çıxarmışdınız?

- Futbol gündən-günə dəyişir. Geriyə baxsaq, gələcəkdə uduza bilərik. Ona görə də bu gün üçün hazırlaşırıq. Rəqibə uyğun hazırlaşmışdıq. Amma hər iki matçda – həm bu, həm də “Dandalk”la görüşdə gərgin dəqiqələr oldu. Bu da normaldır. İndi hamı düzgün hücum qurmağı, müdafiə olunmağı bacarır. Komandalar keyfiyyətlərini artırırlar. Belə oyunlar bizimçün əlavə təcrübə olur.

Qeyd edək ki, "Şelburn" - "Qarabağ" görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR