son dəqiqə SON DƏQİQƏ
Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı

"Şəfa" bombardiri ilə yolları ayırır? - Baş məşqçi AÇIQLADI

Bölmə adı I Liqa / Manşet
Yayımlandı 17-07-2025, 17:04

Yeni mövsümdə I Liqada çempionluğa iddialı komandalardan biri də "Şəfa"dır.

Bakı təmsilçisi hazırlıq planı necə gedir? Transfer çalışmalarında nə yenilik var? Şayilərə görə baş məşqçi təcrübəli forvard Amil Yunanovu yola salmaq istəyir. Komandanın yerli futbolçulardan təşkil olunacağı deyilsə də, komandada iki əcnəbi oyunçu yer alacağı da bildirilir. Bu məlumatlar nə qədər doğrudur? Suallarımızı Elgiz Kərəmliyə ünvanladıq. Baş məşqçi mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

"Yeni mövsümə hazırlıq və seleksiya işlərimiz davam edir. Transfer çalışmalarımızı demək olar bitirmişik. Lakin çempionatın başlamağına kimi istədiyimiz futbolçuları klubları buraxsa, daha 1-2 oyunçu heyətə qatacağıq.

Amil Yunanovun komandadan getmək ehtimalı heç vaxt müzakirə olunmayıb. Hər bir məşqçi istəyər ki, onun kimi təcrübəli futbolçu sərəncamında olsun. Əvvəldən rəhbərlik legioner futbolçu götürməyə qarşı idi. Bu, klubun bir strategiyasıdır. Lakin hücum xəttinə istədiyimiz yerli futbolçuları gətirə bilmədik. Bu səbəbdən də əcnəbi forvard almağı müzakirə etdik. Sonda qərara gəldik ki, ancaq yerlilərə güvənək".


Gənc mütəxəssis yığmamızın sabiq üzvü Əli Qurbaninin "Şəfa" keçidiylə bağlı yayılan xəbərə də aydınlıq gətirdi:

"Onun həm yaşı çoxdur, həm də maaşı. Rəsmi danışığımız olmayıb. Sadəcə hazırkı durumu ilə bağlı ümumi məlumat almışdıq".

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR