son dəqiqə SON DƏQİQƏ
UEFA Konfrans Liqası: Əsas mərhələnin püşkü atılıb "İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər I Liqa klubunda legioner hücumçu "Sumqayıt"ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib - AÇ: Yığmamız sonuncu oyuna çıxır Günün oyunları: "Qarabağ" "Tvente"yə məğlub oldu, avrokuboklarla vidalaşdı - Premyer Liqa klublarının yay transferləri Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı

Hansı klubumuz transfer bazarında daha fəaldır? - Tanınmış agentdən AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 16-07-2025, 15:54

Premyer Liqanın startına bir aydan bir qədər çox vaxt qalıb.

Komandalar heyətlərini gücləndirir, bəzi futbolçuları yola salırlar. Transfer bazarında fəallıq hiss olunur. İndidən hiss olunur ki, yeni mövsüm maraqlı keçəcək.

Bəs "transfer pəncərəsi"ndə hansı komanda daha yaxşı işlər görüb? Hansı bu dönəmdə daha fəaldır?

Sualımızı tanınmış agent Emil Şükürova ünvanladıq. Menecer mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

"Komandaları iki qrupa bölərdim: çempionluq/avrokubok uğrunda mübarizə aparanlar və çempionata fokuslananlar. İlk qrupdan "Sabah" artıq Çelye"yə qarşı ilk oyununu keçirib. Aydın məsələdir ki, bu səbəbdən heyətlərini daha erkən formalaşdırmağa başlayıblar. Bu qrupdan daha çox "Araz Naxçıvan"ı qeyd edərdim. Transfer bazarında fəal olduqları aydın görünür. "Neftçi" yenidən qızıl medallar uğrunda mübarizə aparacaq heyəti qurmaq üçün çalışır. Heyət demək olar ki, tamamilə yenilənəcək. "Ağ-qaralar" kimi "Qarabağ"da da komandanın yenilənməsini gözləyirəm. "Zirə"nin əcnəbi oyunçu transferi ehtiyatlıdır. Qəsəbə təmsilçisi artıq özünü yerli çempionatda göstərmiş oyunçuları heyətə cəlb etməkdə maraqlıdır.


İkinci "6-lıq" klublarına baxdıqda xüsusilə hansısa klubu fərqləndirməyəcəm. Əcnəbi oyunçu limitinin olmaması komandaların transfer bazarında "əl-qolunu" açsa da, keyfiyyətli futbolçunu aşağı məbləğə tapmaq və bölgə təmsilçilərinə gəlməyə inandırmaq çətindir. "Sumqayıt"ı bu planda sürpriz edəcək klub kimi görürəm. Xaricdəki iş partnyorlarımızla danışdıqda Saşa İliçin təyinatını klubun hədəflərinin yüksək olması ilə bağlayırlar.

"İmişli"nin "nöqtə" transferlər etməyə çalışdığını görürük. Təməldən düzgün yanaşılma var. İlk olaraq Azər Salahlı kimi yerli oyunçunu heyətə qatdılar. Bu da digər yerli oyunçuları komandaya asanlıqla cəlb etməyə kömək edəcək. Ümumiyyətlə, əcnəbilərə tam üstünlük vermədən balanslaşdırılmış heyət quracaqlarına inanıram. Uzun illərdən sonra Premyer Liqaya qayıdan "Karvan" da yerli oyunçuların transferi ilə başlayıb. İnanıram ki, Yevlax təmsilçisi də əvvəlki baxımlı oyununu göstərmək üçün keyfiyyətli əcnəbiləri heyətinə cəlb edə biləcək".


MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR