son dəqiqə SON DƏQİQƏ
"Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko

Riera: "Meydanda güclü tərəf biz idik"

Bölmə adı Avropa Liqası
Yayımlandı 10-07-2025, 22:27

"Çelye" "Sabah"la oyunda daha güclü tərəf idi.

Sport1.az xəbər verir ki, bunu "Çelye"nin (Sloveniya) baş məşqçisi Albert Riera "Sabah"a qarşı keçirdikləri UEFA Avropa Liqası matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis səhvləri düzəltməyə çalışacaqlarını söyləyib:

"Mövsüm öncəsi yorğunluq var idi. Amma düşünürəm ki, meydanda güclü tərəf biz idik. Yəqin ki rəqib baş məşqçi də bizimlə razılaşar. Səhvlərimizi düzəltməyə çalışacağıq. Bizi qarşıda 90 dəqiqə gözləyir. Hələ heç nə bitməyib. Cavab görüşünə sanki hesab 0:0 imiş kimi başlayacağıq".

O, cavab matçında bərabərlik qeydə alınarsa penaltilərə hazır olduqlarını bildirib:

"Hesabda bərabərlik olarsa, penaltilərə hazırıq. Amma düşünmürəm ki, futbolçuların beyninə indidən bunu yeritməliyəm".

Mütəxəssis formaların rəngi ilə bağlı narazılığını da çatdırıb:

"Komandaların formalarının rəngləri demək olar yaxın idi. Hakimə bu barədə narazılığımı çatdırdım. Çünki futbolçularım çaşırdı. Biz narıncı formalarımızı geyinə bilərdik. Amma yəqin ki, hakim işini daha yaxşı bilir".

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 17-də Sloveniyada keçiriləcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR