Abdulla Rzayev “Turan Tovuz”a keçib.
Sport1.az klubun rəsmi saytına istinadən xəbər verir ki,
“Sabah”a məxsus olan müdafiəçi icarə əsasında Tovuz təmsilçisinin şərəfini qoruyacaq.
“Şamaxı”, “Kəpəz” və “Araz-Naxçıvan”ın da formasını geyinmiş 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.