son dəqiqə SON DƏQİQƏ
"İmişli" Dekonu transfer edib Azərbaycan II Liqası: 1-ci turun oyun cədvəli açıqlanıb Avropa Liqası: Əsas mərhələnin püşkatma mərasimi keçirilib Zamiqin komandasının rəqibləri müəyyənləşib - Murad Məmmədovun komandasının əsas raunddakı rəqibləri bəlli olub "Sabah"ın məğlub etdiyi komanda AL-da Türkiyə nəhənginə rəqib oldu "Neftçi"nin yetirməsi "Şəmkir"də Cüdoçularımızdan uğursuz start Lazımsız yerdə tələsən AFFA Fransadakı beynəlxalq turnirdə üç idmançı Azərbaycanı təmsil edəcək Turun mərkəzi qarşılaşmasının hakim təyinatları açıqlanıb "Gəncə"də daha bir legioner "Koreya Səfiri Kuboku" keçiriləcək KL: Əsas mərhələdə Muradın komandasının rəqibləri bəlli olur Qavalayaq! UEFA Avropa Liqasının əsas mərhələsinin püşkatması olacaq Cüdoçularımız Sarayevodakı beynəlxalq turnirdə iştirak edəcəklər Azərbaycan çempionu heyətinə daha bir oyunçu cəlb edib Polşalılar Puxaçı "Sabah"a keçdiyi üçün təhqir edib - "Böyük Dəbilqə": Cüdoçularımız bu gün mübarizəyə start verirlər I Liqa klubunda legioner hücumçu "Sumqayıt"ın ənənəvi Yay Futbol Düşərgəsinə start verilib - AÇ: Yığmamız sonuncu oyuna çıxır Günün oyunları: "Qarabağ" "Tvente"yə məğlub oldu, avrokuboklarla vidalaşdı - Premyer Liqa klublarının yay transferləri Muradın komandası əsas mərhələdə, Mahir KL-lə sağollaşdı UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilib -

Rəşad Sadiqov: "Sabah" meydana döyüşmək üçün çıxacaq" - AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 10-07-2025, 17:13

Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında "Sabah" "Çelye" ilə qarşılaşacaq.

Sport1.az xəbər verir ki, Bakı təmsilçisi yeni baş məşqçi ilə avrokuboklarda uğur qazanmaq niyyətindədir. Bu, baş verəcək?

Valdas Dambrauskas "Sabah"ın baş məşqçisi kimi ilk görüşündə qələbə qazana biləcək?

Suallarımızı Rəşad Sadiqov ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

"Çelye" ötən mövsüm Avropa Liqasında özünü yaxşı tərəfdən göstərsə də, komandanın hazırkı heyəti və potensialı haqqında dəqiq nəsə deyə bilmərəm. "Sabah" keçən "futbol ili"ndə ölkə kubokunda yaxşı mübarizə apararaq titul qazandı. Bu hal komandada nikbinliyi artırıb. Təbii ki, "Sabah"da da yeni nəfəs var. Komandaya təzə baş məşqçi təyin olunub. Onun 3-4 həftəyə bütün futbol fəlsəfəsini oyunçulara 100% aşılaması çətindir. Həyətdə yeni futbolçular var. Onların da komanda ansamblına tam uyğunlaşıb - uyğunlaşmaması barədə dəqiq nəsə demək çətindir. Buna rəğmən, "Sabah" meydana döyüşmək üçün çıxacaq. Məhz bu qarşılaşmada "bayquşlar"ın həm yeni baş məşqçisin oyun planını, həm də təzə transferlərin potensialını yaxından görəcəyik. Təmsilçimizin uğurlar arzu edirəm".

MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR