Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin ilk matçında "Sabah" "Çelye" ilə qarşılaşacaq.Sport1.az xəbər verir ki, Bakı təmsilçisi yeni baş məşqçi ilə avrokuboklarda uğur qazanmaq niyyətindədir. Bu, baş verəcək?
Valdas Dambrauskas "Sabah"ın baş məşqçisi kimi ilk görüşündə qələbə qazana biləcək?
Suallarımızı Vaqif Cavadova ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:
"Sabah" da yeni baş məşqçi olsa da, komandanın heyətində kifayət qədər təcrübəli, keyfiyyətli oyunçular var. Bakı klubu ötən mövsüm əzmkarlıqla Azərbaycan Kubokubun qalibi oldu. Tarixi hadisə idi. Bunun "Sabah"a avrokuboklarda motivasiya olacağını düşünürəm. Təmsilçimizin son dəqiqəyə kimi dəyişəcəyinə inanıram. Onlara uğurlar arzu edirəm". MİRZƏ S.