son dəqiqə SON DƏQİQƏ
"Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub Vətəninə qayıtdı Əfsanəvi “1 nömrə” – Sergey Kramarenko

Valdas Dambrauskas: "Çelye" ilə matça hazırıq" - AÇIQLAMA

Bölmə adı Avropa Liqası
Yayımlandı 8-07-2025, 18:58

"Avrokubok oyunları bizim üçün çox vacibdir".

Sport1.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniyanın “Çelye” komandası ilə keçirəcəkləri görüşdən əvvəl təşkil olunan mətbuat konfransında dedi.

O, rəqibin yaxşı komanda olduğunu bildirdi:

"Ötən mövsüm Konfrans Liqasında 1/4 finala qədər irəliləmişdilər. Bu cür matçlarda kiçik detallar həlledici rol oynayır. "Çelye"nin gücünə bələdik. Ötən illə müqayisədə heyətdə müəyyən dəyişikliklər olub. Komandamdan razıyam. Bu cür davam etsək, müsbət nəticələr olacaq. Söz verirəm ki, azarkeşlər üçün baxımlı oyun sərgiləyəcəyik".

Baş məşqçi "Sabah"a gəlişi barədə də danışdı:

"Bu komandanın iddialı olması məni cəlb etdi. Klub 8 ildir yaranıb və uğurları nəticələri çoxdur. Sloveniya klubu ilə oyunlarda da bunu davam etdirmək niyyətindəyik".

Litvalı çalışdırıcı komandasına hücum futbolu oynatmağı sevdiyini vurğuladı:

"İstəyirəm ki, komandam meydanda dominant tərəf olsun və daha çox qol vursun. Futbolçularıma inanıram. Biz "Selye" ilə matça hazırıq".

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 10-da Bakıda, cavab matçı isə iyulun 17-də Selye şəhərində keçiriləcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR