son dəqiqə SON DƏQİQƏ

Rekord transfer təklifi

Bölmə adı Futbol
Yayımlandı 5-07-2025, 09:08

"Əl-Nəsr" "Arsenal"ın futbolçusu Qabriel Martinelli ilə maraqlanır.

Sport1.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu bu transfer üçün 73 milyon funt sterlinq xərcləməyə hazırdır.

Əgər sövdələşmə baş tutarsa, bu, "Arsenal"ın tarixində ən bahalı keçid olacaq. Qabrielin komanda ilə iki illik müqaviləsi var. Londonlular Martinelliyə əvəzedici kimi "Liverpul"da çıxış edən Luiz Diası görürlər.

Qeyd edək ki, braziliyalı vinger son mövsümdə "topçular"ən heyətində bütün turnirlərdə 51 matçda 10 qol vurub, 6 ötürmə verib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR