"Marafon"un xoş sürprizi, Masazırda hakim biabırçılığı - "Liqaların səsi"
Bölmə adıManşet / Video
Yayımlandı2-11-2026, 09:19
100
"Liqaların səsi" verilişinin növbəti buraxılışı yayımlanıb.
Sport1.az-ın "YouTube" kanalında yayımlanan verilişdə aparıcı İlkin Sultanlı və "Difai" klubunun prezidenti Asəf Məlikov Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində qeydə alınan nəticələr barədə müzakirə aparıblar.
"Səbail" - "Zirə" qarşılaşmasında hakim Səbuhi Bayramovun qırmızı vərəqə ilə bağlı buraxdığı kobud səhv, "Xankəndi" - "Gəncəbasar" görüşünün son dəqiqələrində təyin olunan qalmaqallı penalti barədə fikirlər səsləndirilib.
Eyni zamanda, "Marafon"un tarixi uğurundan da söz açılıb.