SON DƏQİQƏ
Avropa çempionu Ülviyyə Fətəliyeva İçərişəhərdə şahmat seansı keçirib.
Sport1.az xəbər verir ki, “Bakı – Dünyanın İdman Paytaxtı 2026” çərçivəsində təşkil olunan tədbir Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə baş tutub.
2026-cı ilin “İdman səfiri” olan Ülviyyə Fətəliyeva qədim İçərişəhərin tarixi meydanında eyni anda 16 yeniyetmə şahmatçı ilə qarşılaşıb.
Tədbir paytaxtın “Dünyanın İdman Paytaxtı” statusuna töhfə vermək, həmçinin şahmatın təbliği məqsədi daşıyıb. Seans İçərişəhərə gələn yerli və xarici qonaqların da marağına səbəb olub.
Qeyd edək ki, “Bakı – Dünyanın İdman Paytaxtı 2026” çərçivəsində il ərzində paytaxtda beynəlxalq və yerli səviyyəli çoxsaylı idman tədbirləri keçirilir.