UEFA Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turu çərçivəsində Bakıda keçiriləcək "Sabah" - “Borussiya" (Dortmund, Almaniya) oyununun biletləri satışa çıxarılıb.
Sport1.az xəbər verir ki, biletlərin qiymətləri 15-650 manat arasında dəyişir.
Azarkeşlər biletləri iticket.az vasitəsilə əldə edə bilərlər.
Bakı Olimpiya Stadionunda baş tutacaq görüş oktyabrın 20-si, saat 20:45-də start götürəcək.