Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Fransada keçiriləcək Dünya Taekvondo Qran-prisində iştirak edəcək.
Sport1.az xəbər verir ki, idmançımız böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında yarışda iştirak etmək üçün Parisə yola düşüb.
58 kq çəki dərəcəsində mübarizə aparacaq Maqomedov oktyabrın 9-da tatamiyə çıxacaq.
Beynəlxalq dərəcəli referi Aygül Abdullayeva isə turnirdə ölkəmizi hakim qismində təmsil edəcək.
Oktyabrın 8-dən 11-dək keçiriləcək Paris Qran-prisi olimpiya reytinq xalları qazandıran mühüm yarışlardan biridir.