"Turan Tovuz"un futbolçusu Denis Marandiçi yaşıl meydanlara geri qayıdıb.
Sport1.az xəbər verir ki, 2024-cü ilin dekabrında Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Sabah"a qarşı oyunda ağır zədə alaraq oyunu tərk edən müdafiəçi zədəsini sağaldıb.
Moldovalı futbolçu Misli Premyer Liqasının 5-ci turunun "Araz-Naxçıvan"la qarşılaşmasında forma şansı qazanıb.
Matç 2:2 hesabı ilə yekunlaşıb.