son dəqiqə SON DƏQİQƏ
III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ●

Çimərlik voleybolçularımız Avropa Çempionatında 9 pillə irəlilədi

Bölmə adı Voleybol
Yayımlandı 6-09-2026, 22:36

Çimərlik voleybolu üzrə U-20 Avropa Çempionatında Azərbaycan komandalarının çıxışı başa çatıb.

Sport1.az xəbər verir ki, sentyabrın 2-dən 6-dək İtaliyanın Battipaglia şəhərində keçirilən qitə birinciliyində Azərbaycan həm qızlar, həm də oğlanlar yarışında təmsil olunub.

Qızların mübarizəsində Səbinə Əlizadə/Leyla Əliyeva, oğlanlarda isə İbrahim Məmmədov/Muhamməd Aslanlı cütü çıxış edib. Hər iki cüt mübarizəyə təsnifat mərhələsindən başlayıb.

Səbinə Əlizadə/Leyla Əliyeva cütü təsnifat mərhələsində Portuqaliya təmsilçilərinə 0:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

İbrahim Məmmədov/Muhamməd Aslanlı cütü isə təsnifat və əsas mərhələni uğurla adlayaraq pley-off mərhələsinə yüksəlib. Ötən Avropa Çempionatında 26-cı yeri tutan təmsilçilərimiz bu dəfə daha uğurlu nəticə göstəriblər.

33 ölkədən 40 komandanın mübarizə apardığı yarışda Azərbaycan cütü turniri 17-ci pillədə başa vurub. Beləliklə, İbrahim Məmmədov və Muhamməd Aslanlı ötənilki nəticələrini 9 pillə yaxşılaşdırıblar.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR