Çexiyanın Frenştat pod Radhoştem şəhərində xizək alpinizmi üzrə FİS Kuboku keçirilib.
Sport1.az xəbər verir ki, 11 ölkədən 57 idmançının mübarizə apardığı yarışda idmançımız Zahit Cəfərov 202,9 xal toplayaraq yekun sıralamada 22-ci pillədə qərarlaşıb.
Təmsilçimiz yarışda göstərdiyi nəticə ilə xizək alpinizmi üzrə FİS Kontinental Kubokuna vəsiqə qazanıb.