SON DƏQİQƏ
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ölkənin bir neçə idman qurumunun təmsilçiləri üçün növbəti maarifləndirici tədbir keçirib.
Sport1.az xəbər verir ki, seminar Azərbaycan Gimnastika Federasiyası, Azərbaycan Boks Federasiyası və Azərbaycan Sambo Federasiyasının idmançıları üçün təşkil olunub. Tədbir çərçivəsində iştirakçılara qadağan olunmuş maddələr siyahısı, dopinq-nəzarət mərhələləri, atletlərin hüquq və öhdəlikləri, habelə 2027-ci ildən tətbiq ediləcək yeni Ümumdünya Antidopinq Məcəlləsinin yenilikləri barədə ətraflı məlumat verilib.
İnteraktiv üslubda baş tutan görüşün əsas məqsədi idmançılar arasında maarifləndirmə səviyyəsini yüksəltmək, mümkün risklərin qarşısını almaq və idmanda dürüst rəqabət mühitini təşviq etməkdən ibarətdir.