Qadınlardan ibarət millimizin baş məşqçisi Evren Alkaya ilə Azərbaycan Basketbol Federasiyası arasında əməkdaşlıq qarşılıqlı razılıq əsasında başa çatıb.
Sport1.az xəbər verir ki, 2022-ci ildən yığmamızda çalışan mütəxəssis U-16, U-18 və U-20 qız yığmalarımıza da rəhbərlik edib.
O, baş məşqçi kimi 70-dən çox rəsmi FİBA qarşılaşmasında komandalarımızın başında yer alıb.
Alkayanın rəhbərliyi altında U-16 qızlardan ibarət komandamız 2023 və 2024-cü illərdə Avropa Çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub.
U18 millimiz 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.