SON DƏQİQƏ
“Möminə Xatun” voleybol komandası heyətini gücləndirib.
Sport1.az xəbər verir ki, Naxçıvan təmsilçisi Gürcüstan millisinin üzvü, orta blokçu Mariam Gaprindaşvili ilə anlaşıb.
27 yaşlı oyunçu yerli Yüksək Liqaya yaxşı bələddir. O, daha əvvəl ölkəmizdə müxtəlif komandaların formasını geyinib və 4 il burada çıxış edib.
Gaprindaşvili son mövsümü Gürcüstanın V.O.C Tbilisi kollektivində keçirib.
Qeyd edək ki, bu, “Möminə Xatun”un yeni mövsüm üçün beşinci əcnəbi transferidir.