son dəqiqə SON DƏQİQƏ
III Xankəndi Ultramarafonu: İlk mərhələnin qalibləri müəyyənləşib ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Avropa çempionu İçərişəhərdə şahmat seansı keçirib ● "Zəngəzur" "Difai"ni məğlub etdi ● I Liqada 4-cü tur: "Səbail" "Karvan-Yevlax"la heç-heçə etdi ● AÇ: Həsrət Məmmədov yarımfinalda ● “Sabah”ın “Borussiya" ilə matçının biletləri 15 manatdan satışa çıxarıldı ● "Sabah"ın UEFA Çempionlar Liqası matçına 50 minə yaxın bilet satılıb ● "Zəngəzur", "Marafon" və "Kür-Araz" növbəti mərhələyə yüksəlib ● "Bu, Azərbaycan futbolu üçün yaxşı göstəricidir" ● "Neftçi" - "Sabah" qarşılaşmasının hakim təyinatları ● Yarımfinalda uduzan Murad Fətiyev bürünc medal görüşünə çıxacaq ● Taekvondoçumuz Paris Qran-prisində mübarizə aparacaq ● DÇ: Murad Fətiyev yarımfinalda! ● "Səbail" daha bir legionerlə anlaşdı ● Cüdo üzrə Dünya Çempionatı: Murad Fətiyev 1/4 finala vəsiqəni təmin etdi ● Elcan Hacıyev də medal şansını itirdi ● Zəfər qəhrəmanları yenidən meydanda ● DÇ: Murad Fətiyevin 1/8 finalda qarşılaşacağı rəqib müəyyənləşib ● DÇ: Elcan Hacıyev 1/8 finalda ● Cüdo üzrə Dünya Çempionatı: Daha bir idmançımız turnirlə vidalaşıb ● Südabə Ağayeva mundialla vidalaşıb ● U-17 Avropa Çempionatı: Daha iki boksçumuz yarımfinala yüksəlib ● DÇ: Elcan Hacıyev 1/16 finalda ● Süleyman Şükürovdan uğurlu start ● Cüdo üzrə Dünya Çempionatı: ● Premyer Liqa klublarının yay transferləri ● “Şahdağ Qusar”dan darmadağın ●

Bu voleybolçumuz milli karyerasını başa vurdu - ÖZÜ AÇIQLADI

Bölmə adı Voleybol
Yayımlandı 4-09-2026, 09:05

Tanınmış voleybolçu Yuliya Kərimova milli karyerasını başa vurduğunu açıqlayıb.

Sport1.az xəbər verir ki, “Turan”ın üzvü bu barədə sosial media hesabında paylaşım edib.

Kərimova qərarın onun üçün asan olmadığını vurğulayıb:

“Bu sözləri demək mənim üçün heç də asan deyil, amma onları səmimi şəkildə söyləmək istəyirəm. Mən milli komanda ilə yollarımı ayırıram.

Bu müddət ərzində burada çox şey yaşandı. Qələbələr və məğlubiyyətlər, sevinc və məyusluqlar, ağır məşqlər, yarışlar, hər şeyi atıb getmək istədiyim anlar və bütün bunların həqiqətən də buna dəyər olduğunu hiss etdiyim məqamlar oldu.

Milli komanda həyatımın böyük bir hissəsinə çevrildi. Burada təkcə idmançı kimi deyil, həm də bir insan kimi böyüdüm. Çox şey öyrəndim və çox şey yaşadım.

Tələblərinizə və dəstəyinizə, həmçinin özümə şübhə etdiyim vaxtlarda belə mənə inandığınıza görə təşəkkür edirəm.

Yolumun bundan sonra məni hara aparacağını bilmirəm. Amma bir şeyi dəqiq bilirəm: milli komandadan gedirəm, lakin idmandan getmirəm və məqsədlərimdən imtina etmirəm.

Həyatımın bu mərhələsinə görə sizə təşəkkür edirəm”.


Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR